Rusiyaya girişə qadağa: Miqrantlar bu səbəbdən ölkəyə buraxılmır

rusiyaya-girise-qadaga-miqrantlar-bu-sebebden-olkeye-buraxilmir-1753119951
|
|

  Son 1,5 ildə onlarla Tacikistan və Özbəkistan vətəndaşına Rusiyaya giriş qadağan edilib.

Səbəb onların “ekstremist” və Ukraynanı dəstəkləyən Telegram kanallarına abunə olmaları, habelə şəxsi yazışmalarda Rusiya hüquq-mühafizə orqanlarını tənqid etmələri göstərilir.

Miqrantların şikayətlə müraciət etdiyi məhkəmələr isə hüquq-mühafizə orqanlarının mövqeyini müdafiə edib.

TASS-ın yazdığına görə, nəzarətin gücləndirilməsi “Krokus Siti Holl” terror aktı ilə əlaqələndirilsə də, əslində bu, rəqəmsal izləmə və milli mənsubiyyətə görə təzyiq kimi qiymətləndirilir./Globalinfo.az