Bu rayonda qaz olmayacaq

bu-rayonda-qaz-olmayacaq-1753121752
|
|

  Şəki rayonunun bir hissəsində qaz təchizatının verilişində fasilə yaranacaq.

Referans xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi (RQİİ) məlumat yayıb.

Bildirilib ki, Zaqatala RQİİ-nin Şəki xidmət sahəsində Şəki rayonu Köhnə Çələbixan qəsəbəsi, Daşüz, Qudula, Şorsu, Cumakənd kəndlərini təbii qazla təmin edən daşıyıcı ortatəzyiqli qaz kəmərlərinin kipliyə sınaq olunması məqsədilə 24.07.2025-ci il tarixdə saat 9:30-dan işlər yekunlaşanadək Köhnə Çələbixan qəsəbəsi, Daşüz, Qudula, Şorsu, Cumakənd kəndlərində cəmi 1 474 əhali abonentinin və 6 qeyri-əhali abonentinin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.