Rusiyada ard-arda güclü zəlzələlər oldu

rusiyada-ard-arda-guclu-zelzeleler-oldu-1753128139
|
|

  Rusiyanın Kamçatka vilayətində ardıcıl zəlzələlər baş verib.

Referans xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Birləşmiş Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.

Məlumata görə, cəmi 45 dəqiqə ərzində 5 yeraltı təkan qeydə alınıb. Onlardan ən güclüsü 5,3 ballıq zəlzələ olub, ən zəifi isə 4,8 bal gücündə olub.

Dağıntılar və təlafat barədə məlumat yoxdur.//Publika.az