Paşinyan Rusiyaya gedir – SƏBƏB

pasinyan-rusiyaya-gedir-sebeb-1753212176
|
|

  Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 24-də Rusiyanın Altay diyarına səfər edəcək.

Referans xəbər verir ki, səfər çərçivəsində onun Rusiya Federasiyasının Baş naziri Mixail Mişustinlə görüşü planlaşdırılıb.

Məlumata görə, Paşinyanın iyulun 25-də də Altayda qalması və ekologiya məsələlərinə həsr olunmuş beynəlxalq sammitdə iştirak etməsi istisna edilmir./Globalinfo.az