Qızdırması qalxan 4 yaşlı uşaq evdə öldü

23.07.2025
-
11:28
|
|
Abşeron rayonu Xırdalan şəhərində azyaşlı vəfat edib.
İyulun 22-si saat 01 radələrində 2021-ci il təvəllüdlü Aybars Kərimlinin yaşadığı Xırdalan şəhəri Heydər Əliyev prospektindəki evdə hərarəti yüksəlib.
Nəticədə azyaşlı yüksək temperaturun yaratdığı fəsadlardan vəfat edib.
Faktla bağlı araşdırmalar aparılır.//Qafqazinfo