Dağıntılar altında qalan fəhlə hansı şirkətin əməkdaşı olub? 

dagintilar-altinda-qalan-fehle-hansi-sirketin-emekdasi-olubnbsp-1753265149
|
|

Sumqayıt şəhərində fəhlənin torpağın altında qalaraq ölməsi ilə bağlı təfərrüatlar məlum olub.

Referans iqtisadiyyat.az-a istinadən xəbər verir ki, hadisə ötən gün saat 11 radələrində qeydə alınıb.

Belə ki, Xaçmaz rayon sakini 2005-ci il təvəllüdlü Arif Alik oğlu Ağayarov 10-cu mikrorayonun ərazisində fəhlə işlədiyi "Hünər" MTK tərəfindən inşa edilməkdə olan binanın həyətində kanalizasiya üçün qazıntı işləri aparan zaman torpağın altında qalaraq ölüb.

Araşdırmalar aparılır.