İrəvan ABŞ ilə Zəngəzur dəhlizi üzrə memorandumun mövcudluğunu təkzib edib 

irevan-abs-ile-zengezur-dehlizi-uzre-memorandumun-movcudlugunu-tekzib-edibnbsp-1753278622
|
|

Ermənistan hökuməti İspaniyanın "Periodista Digital" portalında dərc edilmiş, İrəvan və Vaşinqton arasında Zəngəzur dəhlizinə dair memorandumla bağlı razılaşmanın mövcudluğu barədə məlumatı təkzib edib.

Bu barədə "Referans" Report-a istinadən xəbər verir.

Hökumət həmçinin bu xəbəri "manipulyativ təbliğatın təzahürü" adlandırıb.