Bu kafedə nöqsanlar aşkarlandı - Foto

bu-kafede-noqsanlar-askarlandi-foto-1753282064
|
|

  Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı şəhəri, M.Talışxanov küçəsində fəaliyyət göstərən, fiziki şəxs Həşimov Anar Soltanağa oğluna məxsus “Göyərçin” kafesində yoxlama keçirib.

Bu barədə Referans-a AQTA-dan məlumat verilib.

"Baxış zamanı kafedə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək sahibkar barəsində inzibati protokol tərtib edilib, nöqsanlar aradan qaldırılanadək ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb", - məlumatda deyilib.