Azərbaycanda bu məhsul kəskin bahalaşacaq - Səbəb açıqlandı 

azerbaycanda-bu-mehsul-keskin-bahalasacaq-sebeb-aciqlandinbsp-1753344516
|
|

Yaxın günlərdə Azərbaycanda qarpızın qiyməti kəskin bahalaşacaq.

Referans xəbər verir ki, bu barədə Qaynarinfo-ya açıqlamasında Masallı rayon sakini, fermer Anar Abbasov məlumat verib.

Fermer bunun səbəbini qarpız tağlarının tələf olması ilə izah edib:

"Qarpızın qiyməti qalxacaq. Yaxın günlərdə məhsulun bir kiloqramının qiyməti 80 qəpik olacaq. Bu yaxınlarda rayonlarda kütləvi duman oldu. Mütəxəsislər bunun səbəbini bir müdət öncə İran İslam Respublikasından Azərbaycana keçən duman-şeh ilə əlaqələndirib. Dumanın tərkibində radiasiya olub. Bunun da nəticəsində qarpız tağları kütləvi şəkildə yanıb".

Fermer artıq bir neçə rayondan qarpız tağlarının ölməsi ilə məlumatlı olduğunu vurğulayıb:

"Rayonlardan məlumat almışam ki, yaxın vaxtlarda ölkədə qarpız olmayacaq".