Yəməndə güclü partlayış baş verdi: Silah anbarı havaya uçdu

24.07.2025
-
22:27
|
|
Yəmənin cənubunda silah anbarında partlayış baş verib.
Bu barədə “RİA Novosti” yerli hakimiyyətdəki mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Yəmənin cənubunda yerləşən Lahc əyalətindəki “Əl-Anad” aviabazasında partlayış səsləri eşidilib.
“Güclü partlayışlar silah anbarının partlamasından sonra baş verib. Partlayışın səbəbləri aydınlaşdırılır”, – məlumatda vurğulanıb./Globalinfo.az