Kanalizasiya quyusundan 3 fəhlənin meyiti tapıldı

kanalizasiya-quyusundan-3-fehlenin-meyiti-tapildi-1753381105
|
|

  Rusiyanın paytaxtı Moskvada tikinti sahəsinin yaxınlığındakı kanalizasiya quyusunda üç fəhlənin cəsədi tapılıb.

İlkin məlumata görə, onlar iş görərkən ölüblər. Ancaq ölümün dəqiq səbəblərini məhkəmə-tibb ekspertizaları müəyyən edəcək.

İstintaq Komitəsi artıq Cinayət Məcəlləsinin 216-cı maddəsi - ehtiyatsızlıqdan üç nəfərin ölümünə səbəb olan tikinti və ya digər işlərin görülməsi zamanı təhlükəsizlik qaydalarını pozma ilə cinayət işi açıb.//Lent.az