Depuat yol-nəqliyyat hadisəsində həlak olub - Bu ölkədə 

depuat-yol-neqliyyat-hadisesinde-helak-olub-bu-olkedenbsp-1753422967
|
|

Ukrayna Ali Radasının deputatı Yaroslav Ruşin yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub.

Referans Apa-ya istinadən xəbər verir ki, hadisə iyulun 24-də baş verib.

Məlumata görə, motosikletin sükanı arxasında olan Yaroslav Ruşin idarəetməni itirib və qəza nəticəsində həyatını itirib.

Qeyd edək ki, deputat seçilməzdən əvvəl mərhum Ukrayna şou-biznesinin tanınmış nümayəndələrindən biri olub. O, bir müddət “Okean Elzı” qrupunun və ukraynalı müğənni Ruslananın prodüseri kimi fəaliyyət göstərib.