Elmar Baxşıyevi çılğına döndərən qol - VİDEO

25.07.2025
-
10:14
|
|
"Araz-Naxçıvan" ötən gecə avrokuboklarda debüt etdiyi oyunda qələbəyə sevinib.
Referans xəbər verir ki, komanda Mərdəkanda keçirilən Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda "Aris"i 2:1 hesablı məğlubiyyətə uğradıb. İlk qolu Felipe Santos vurub.
"Aris" üzərində qələbə gətirən Patrik Andradenin qoluna isə baş məşqçi Elmar Baxşıyev çılğın reaksiya göstərib.
Videonu təqdim edirik:
Sosial mediada paylaş