Azərbaycan nefti bahalaşdı 

azerbaycan-nefti-bahalasdinbsp-1753426151
|
|

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Referans xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,22 ABŞ dolları və ya 1,76% artaraq 70,41 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 69,19 ABŞ dolları idi.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.