"Tarqovı"da transformatorda partlayış oldu: İşıqlar kəsildi

25.07.2025
-
11:57
|
|
Bu gecə Bakının mərkəzində - "Tarqovı" kimi tanınan Nizami küçəsində elektrik enerjisinin verilişində problem yaranıb.
Referans News24.az-a istinadən xəbər verir ki, ilkin məlumata görə, transformatorlardan birində baş verən partlayış nəticəsində ərazidə genişmiqyaslı işıqsızlıq müşahidə olunur.
Nəticədə bir sıra ictimai iaşə obyektləri, o cümlədən restoran və mağazalar fəaliyyətini müvəqqəti dayandırıb.