İbrahim Tatlısesin Səddam Hüseynlə qohum olduğu üzə çıxdı

25.07.2025
-
14:50
|
|
Məşhur müğənni İbrahim Tatlısesin illər əvvəl verdiyi açıqlama sosial şəbəkələrdə gündəm olub.
Referans xəbər verir ki, İbrahim Tatlıses mərhum İraq lideri Səddam Hüseynin onun qohumu olduğunu açıqlayıb:
"Səddam Hüseynin anası mənim anamın xalasıdır" - deyə ifaçı bildirib.
Onun bu müsahibəsi hamının təəccübünə səbəb olub.
Qeyd edək ki, Səddam Hüseyn 2003-cü ildə ABŞ və Böyük Britaniyanın rəhbərliyi altındakı çoxmillətli koalisiya qoşunlarının İraqı işğal etməsi nəticəsində hakimiyyətdən devrilib. 2006-cı il dekabrın 30-da İraq Ali Məhkəməsinin qərarına əsasən edam edilib./BAKU.WS