Lənkəranda meşə zolağında YANĞIN

25.07.2025
-
15:39
|
|
Lənkəranda meşə zolağında yanğın baş verib.
Yanğın günorta saatlarında rayonun Osaküçə kəndində meşə təsərrüfatına məxsus ərazidə qeydə alınıb.
Dərhal əraziyə FHN-nin Lənkəran yanğından mühafizə hissəsinin texnika və canlı qüvvəsi cəlb olunub. Görülən tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb. Yanğın tam söndürülüb.
Yanğının baş vermə səbəbləri araşdırılır.//APA