"Neftçi" Alfa Konte ilə yollarını ayırdı 

neftci-alfa-konte-ile-yollarini-ayirdinbsp-1753447227
|
|

"Neftçi" Alfa Konte ilə yolları ayırıb.

Referans xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Syerra-Leonedən olan futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, 2024-cü ilin yanvarında transfer olunmuş Konte "Neftçi"nin heyətində 25 rəsmi oyun keçirib.