Türkiyədə yeni temperatur rekordu qeydə alındı

turkiyede-yeni-temperatur-rekordu-qeyde-alindi-1753468531
|
|

  İyulun 25-də Türkiyədə yeni temperatur rekordu qeydə alınıb.

Referans xəbər verir ki, Şırnak vilayətinin Silopi rayonunda termometrlər 50 dərəcədən yuxarı temperatur göstərib.

Bu, meteoroloji müşahidələr tarixində qeydə alınmış ən yüksək göstəricidir.

Ankara da daxil olmaqla, onlarla şəhərdə isə temperatur 40 dərəcədən yuxarı olub. Yerli hakimiyyət orqanları əhalini zərurət olmadıqca çölə çıxmamağa çağırıb.