Bankların və BOKT-ların istehlak kreditləri üzrə orta faiz dərəcələri AÇIQLANDI

banklarin-ve-bokt-larin-istehlak-kreditleri-uzre-orta-faiz-dereceleri-aciqlandi-1753471291
|
|

  2025-ci il iyun ayının sonuna banklar tərəfindən kredit kartı vasitəsilə verilən istehlak kreditlərinin orta faiz dərəcəsi ötən ilin eyni dövü ilə müqayisədə 2 faiz bəndi artaraq 25% olub.

Referans xəbər verir ki, məişət avadanlıqlarının alınması ilə bağlı olan istehlak kreditlərinin orta faiz dərəcəsi 1 faiz bəndi artaraq 26%, yaşayış sahəsinin təmiri ilə bağlı olan istehlak kreditlərinin orta faiz dərəcəsi 1 faiz bəndi artaraq 17%, avtomobil kreditlərinin orta faiz dərəcəsi 1 faiz bəndi artaraq 12%, digər istehlak kreditlərinin isə orta faiz dərəcəsi illik müqayisədə 2 faiz bəndi artaraq 21% olub.

Cari ilin yanvar-iyun aylarında bank olmayan kredit tәşkilatlarının (BOKT) verdiyi istehlak kreditlərinin orta faiz dərəsəci isə 35% olub.

 (Trend)