Goranboyda meşəyə ildırım düşdü, ərazi alovlandı

goranboyda-meselik-ildirim-dusdu-erazi-alovlandi-1753471988
|
|
Goranboy rayonununda meşəlik əraziyə ildırım düşməsi nəticəsində yanğın başlayıb.

Referans xəbər verir ki, hadisə rayonun Yal Taxıl adlanan ərazisində baş verib. Nəticədə quru ot və ağaclıq ərazi alovlanıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür.