Şuşada maarifləndirici tədbirlər keçirilir – VİDEO

susada-maariflendirici-tedbirler-kecirilir-video-1753536533
|
|

  Şuşada ictimai qaydanın qorunması, ərazidə təmizliyin və sanitariya normalarının təmin olunması məqsədilə polis əməkdaşları tərəfindən profilaktik tədbirlər həyata keçirilir.

Referans DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, əhalinin sıx toplaşdığı yerlərdə insanlarla maarifləndirici söhbətlər aparılır, ərazinin təmiz saxlanmasının vacibliyi izah olunur.

Qeyd olunur ki, Şuşa bizim qürurumuzdur, gəlin onu təmiz və nümunəvi saxlayaq.

Bütün vətəndaşlardan qaydalara əməl etmələri, təbiətə və ictimai mühitə qarşı məsuliyyətli davranmaları xahiş olunur.