Salyanda ağır qəza: yaralanan var – FOTOLAR

salyanda-agir-qeza-yaralanan-var-fotolar-1753540403
|
|

  Salyanda ağır yol qəzası baş verib.

Referans “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Salyan-Noxudlu kənd yolunda qeydə alınıb.

Belə ki, yanacaqdoldurma məntəqəsi yaxınlığında “Mercedes” markalı minik avtomobili “Ford Transit” markalı nəqliyyat vasitəsi toqquşub.

Qəzada “Ford”un sürücüsü xəsarət alaraq rayon xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.  


IMG 20250726 WA0003
IMG 20250726 WA0001