Toyda bədbəxt hadisə: yıxıldı, beyni silkələndi

26.07.2025
-
23:50
|
|
Qaxdakı şadlıq evlərindən birində gənc oğlan pilləkəndən yıxılıb, ağır xəsarət alıb.
Toyda şadlıq evinin pilləkənlərindən yıxılan 2002-ci il təvəllüdlü Qarayev Orxan Nizami oğlu Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Kəllə-beyin silkələnməsi diaqnozu qoyulan gəncin vəziyyəti ağırdır./Globalinfo.az