Ailə üçün nəzərdə tutulmuş 10 ən yaxşı avtomobil

aile-ucun-nezerde-tutulmus-10-en-yaxsi-avtomobil-1753599236
|
|

Böyük Britaniyanın "AutoCar" nəşrinin ekspertləri ailələrin ehtiyaclarına ən yaxşı şəkildə uyğun gələn 10 avtomobil seçiblər.



Referans xəbər verir ki, seçim nəticəsində ən yaxşı ailə avtomobillərinin siyahısına "BMW 3 Series Touring" universalı başçılıq edir.



Bu avtomobili rəvan sürüş və idarəetmənin balansına görə tərifləyirlər. İkinci yerdə "Dacia Jogger" kompakt-veni qərarlaşıb. Modelin üstünlüklərinə optimal qiymət-keyfiyyət nisbəti daxildir.



Üçüncü yeri "Volkswagen Golf" tutur. Bu avtomobil kompakt ölçülərinə baxmayaraq, geniş salona malikdir.



2025-ci ilin ən yaxşı 10 ailə avtomobili sırasında "Land Rover Defender 110", "Skoda Kodiaq", "Skoda Octavia Estate", "Toyota Corolla Touring Sports", "Kia Sorrento", MG HS və "Peugeot 5008" də yer alıblar.