Şəkidə ağır qəza: Ölən və xəsarət alanlar var - FOTO

28.07.2025
-
19:56
|
|
Şəkidə ağır yol-nəqliyyat hadisəsi olub.
Referans Report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun Şəki rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “VAZ-2107” və “Mitsubishi” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”ın sürücüsü, 1962-ci il təvəllüdlü Səxavət Salamov hadisə yerində ölüb. Digər nəqliyyat vasitəsində olanlar isə xəsarət alıblar.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

