Xalq artistinin oğlu vəfat etdi (FOTO)

29.07.2025
-
09:31
|
|
Azərbaycanın Xalq artisti Həsən Məmmədovun oğlu Əvəz Məmmədov iyulun 29-na keçən gecə 57 yaşında dünyasını dəyişib.
Referans xəbər verir ki,bu barədə mərhumun yaxınları sosial şəbəkə hesablarında paylaşım ediblər.
Məlumata görə, Ə.Məmmədov 1968-ci ildə Bakı şəhərində doğulub. O, BDU-nun hüquq fakültəsini bitirib. Ə.Məmmədov Salyan rayon polis şöbəsində
və Bakı şəhər Nərimanov Məhkəməsində çalışıb.
Daha sonra isə Nərimanov rayon Polis İdarəsində baş təhqiqatçı vəzifəsini icra edib. O, 2013-2023-cü illərdə Fövqəladə Hallar Nazirliyində baş
təhqiqatçı vəzifəsində də işləyib.
Xalq artistinin övladının dəfn mərasimi bu gün Yasamal qəbirstanlığında olacaq