Dəniz yenə can aldı

29.07.2025
-
11:40
|
|
Paytaxtın Sabunçu rayonunda yerləşən Pirşağı çimərliyində 2 nəfər suda batıb.
Referans bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dünən saat 20 radələrində Pirşağı çimərliyində İmişli rayon sakini 2017-ci il təvəllüdlü Arif Aqil oğlu Rüstəmov və Bakı şəhər sakini 1994-cü il təvəllüdlü Rüfət Adil oğlu Cabbarov suda çimərkən boğulublar.
Onların meyiti sudan çıxarılıb.
Ölüm faktları ilə bağlı araşdırmalar aparılır.