HƏMAS-dan gözlənilməz addım: Dohadan üz çevirib Türkiyəyə SIĞINDI

29.07.2025
-
22:26
|
|
HƏMAS nümayəndə heyəti Qəzza zolağında atəşkəs danışıqlarının nəticəsiz qalmasından sonra baş verənləri müzakirə etmək üçün Dohadan Türkiyəyə gedib.
Bu barədə “Ynet” portalı məlumat yayıb.
Hərəkat nümayəndələrinin İstanbulda Türkiyə rəsmiləri ilə görüşləri gözlənilir.
Xatırladaq ki, iyulun 6-da Dohada atəşkəs və Qəzzada saxlanılan israilli girovların azad edilməsi ilə bağlı razılığın əldə olunması üçün danışıqlar bərpa edilib.
Bundan əvvəl ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff bildirib ki, HƏMAS atəşkəsə hazır olduğunu göstərmədiyindən Vaşinqton danışıqlar qrupunu Qətərdən geri çəkib./Globalinfo.az