“Paşinyan ya Türkiyəyə üz tutmalı, ya da…” – Balasanyandan KTMT AÇIQLAMASI

29.07.2025
-
23:03
|
|
“Ermənistan nə Avrasiya İqtisadi İttifaqını (Aİİ), nə də KTMT-ni tərk edəcək”.
Bunu politoloq və beynəlxalq məsələlər üzrə mütəxəssis Qriqor Balasanyandeyib.
“Avropa İttifaqında Ermənistan üçün “Giriş qadağandır” işarəsi var. Üstəlik, Paşinyanın Aİİ-dən çıxmaq niyyətində olmadığını bəyan etməsi, Ermənistanın KTMT-dən də qopmayacağını deməyə əsas verir. Ermənistan hakimiyyəti xarici siyasət vektorunu Qərbə yönəltməyə çalışsa da, Avropa və ABŞ-ın çoxlu həll olunmamış problemləri var. Həmçinin Ermənistan Qərbdə xoş qarşılanmır.Odur ki, Paşinyan ya Türkiyəyə üz tuta, ya da öz yerində otura bilər”, – Balasanyan vurğulayıb./Globalinfo.az