7- 8 bal gücündə zəlzələ oldu

7-8-bal-gucunde-zelzele-oldu-1753850986
|
|

  Rusiyanın Severo-Kurilsk şəhərində 7,9 bal gücündə zəlzələ baş verib.

Referans bu barədə TASS-a istinadən xəbər verir.

Bildirilib ki, sunami təhlükəsi elan edilib və sakinlər təxliyə edilir.

Həmçinin Rusiyanın Kamçatka bölgəsində də güclü zəlzələ baş verib. Qeyd olunub ki, yeraltı təkanlar 7-8 bal gücündə hiss olunub.

Kamçatkada yerləşən uşaq bağçalarından birinin divarı uçub, lakin itki yoxdur. Zəlzələdən sonra Yaponiyanın bütün Sakit okean sahilləri üçün sunami xəbərdarlığı edilib.