“Qarabağ” qalib gəldi - VİDEO

cempionlar-liqasi-qarabag-selburn-oyunu-basladi-canli-1753892550
|
|

  "Qarabağ" komandası UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiya "Şelburn"una qarşı cavab görüşünə çıxıb.

Referans xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunmuş oyun Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.

Yeganə topu 44-cü dəqiqədə rəqib futbolçu Con Martin öz qapısından keçirib. 68-ci dəqiqədə isə Kadi Borges penaltini boşa verərək, "Qarabağ"ın fərqi artırmaq imkanını qaçırıb.

Bununla belə, səfər matçında da 3:0 hesablı qələbə qazandığı üçün Ağdam komandası Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksəlib. Növbəti mərhələdə rəqib "Şkendiya" (Şimali Makedoniya) - FCSB (Rumıniya) cütünün qalibi olacaq.

"Qarabağ" ilk oyununu avqustun 6-da səfərdə, cavab görüşünü avqustun 12-də evdə keçirəcək.  

***

 Matçda ev sahibləri hesabda irəli çıxıblar. Qonaqların heyətində 44-cü dəqiqədə Ceyms Norris avtoqol müəllifi olub.

***

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ” və “Şelburn” komandaları arasında keçirilən cavab görüşü başlayıb.

Referans xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən matç saat 20:00-da start götürüb.

Matçı İtaliyadan olan hakimlər briqadası idarə edir.

Qeyd edək ki, komandalar arasında İrlandiyada baş tutan ilk matçda “Qarabağ” 3:0 hesablı qələbə qazanıb. Bu cütün qalibi III təsnifat mərhələsində FKSB (Rumıniya) – “Şkendiya” (Şimali Makedoniya) cütünün qalibi ilə qarşılaşacaq.