Kuril adalarında güclü zəlzələ…

kuril-adalarinda-guclu-zelzele-1753942950
|
|

  Kuril adalarının şərqində 6,7 maqnitudalı zəlzələ baş verib.

Referans bildirir ki, bu barədə “Report” Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir.

Zəlzələnin episentri Petropavlovsk-Kamçatskidən (Rusiya) 388 km cənubda yerləşib. Yeraltı təkanların ocağı 10 km dərinlikdə olub.

Xatırladaq ki, iyulun 29-u Kamçatka yaxınlığında 1952-ci ildən bəri ən güclü zəlzələ baş verib. Onun maqnitudası 8,8-ə çatıb. Sunami təhlükəsi elan edilib.