Zelenskidən hücumla bağlı PAYLAŞIM: 8 raket, yüzlərlə PUA...

Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin bir neçə vilayətinin gecə saatlarında Rusiya tərəfindən kütləvi hücuma məruz qaldığını açıqlayıb.
Referans xəbər verir ki, bu barədə dövlət başçısı sosial şəbəkə hesabında paylaşım edib.
Zelenski bildirib ki, Dnepropetrovsk, Poltava, Sumı, Nikolayev və Kiyev vilayətləri zərər görüb.
Onun sözlərinə görə, əsas hədəf paytaxt Kiyev olub.
“Ən son məlumata görə, aralarında 6 yaşlı uşaq və onun anasının da olduğu 6 nəfər həyatını itirib. Onlarla insan xəsarət alıb. Hər bir yaralıya yardım göstərilir. Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verirəm”, – deyə Zelenski qeyd edib.
Ukrayna lideri Rusiyanın gecə ərzində Ukraynaya 300-dən çox pilotsuz uçuş aparatı (PUA) və 8 raket atdığını vurğulayıb.( Musavat.com)