Təyyarə kişinin başını qopardı.

teyyare-kisinin-basini-qopardi-1754038430
|
|

Referans CityPost.az  -a istinadən xəbər  verir   ki, Kirov rayonunda  öz istehsalı olan kiçik mühərrlikli təyyarə  ilə   havaya qalxmağa cəhd edərkən 

faciəli şəkildə ölüb.

Məlumatı  REN TV  yayıb.

Faciə Kirov rayonunun Zalazna kəndində baş verib. O, gənc yaşlarından pilot olmaq arzusunda olub, həyatını təyyarə modelləşdirməsinə həsr edib.

1964-cü ildən bəri o, beş təyyarə hazırlayıb.

Vladimir yaxınları ilə bir gün əvvəl gəldiyi Kirov vilayətindəki Zalaznada növbəti zehnini sınaqdan keçirməyi planlaşdırıb. Lakin mühərriki işə salarkən

nasazlıq yaranıb və   təyyarənin  qanadları yerindən çıxıb.

Parçalardan biri 88 yaşlı kişinin başına dəyib. Zərərçəkmiş xəstəxanaya yerləşdirilib. Həkimlər əlindən gələni etsələr də, onu xilas edə bilməyiblər.

Həvəskar pilot aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.