Təyyarə kişinin başını qopardı.

Referans CityPost.az -a istinadən xəbər verir ki, Kirov rayonunda öz istehsalı olan kiçik mühərrlikli təyyarə ilə havaya qalxmağa cəhd edərkən
faciəli şəkildə ölüb.
Məlumatı REN TV yayıb.
Faciə Kirov rayonunun Zalazna kəndində baş verib. O, gənc yaşlarından pilot olmaq arzusunda olub, həyatını təyyarə modelləşdirməsinə həsr edib.
1964-cü ildən bəri o, beş təyyarə hazırlayıb.
Vladimir yaxınları ilə bir gün əvvəl gəldiyi Kirov vilayətindəki Zalaznada növbəti zehnini sınaqdan keçirməyi planlaşdırıb. Lakin mühərriki işə salarkən
nasazlıq yaranıb və təyyarənin qanadları yerindən çıxıb.
Parçalardan biri 88 yaşlı kişinin başına dəyib. Zərərçəkmiş xəstəxanaya yerləşdirilib. Həkimlər əlindən gələni etsələr də, onu xilas edə bilməyiblər.
Həvəskar pilot aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.