“Diplomatiya Könüllüləri” qrupuna qəbul başladı

01.08.2025
-
14:00
|
|
Xarici İşlər Nazirliyi (XİN) Nazirliyin nəzdində fəaliyyət göstərən “Diplomatiya Könüllüləri” qrupuna 2025-2026-cı illər üzrə könüllülərin qəbulunu elan edir.
Referans xəbər verir ki, XİN-dən Globalinfo.az-a bildirilib ki, könüllü sıralarına qoşulmaq istəyən namizədlər üzvlük üçün müəyyən olunmuş tələblərə uyğun şəkildə Nazirliyin rəsmi internet səhifəsindəki elektron xidmət vasitəsilə müraciət edə bilərlər.
Avqustun 15-i müraciətlərin qəbulu üçün son tarixdir.
Müraciətlərin qəbulu yekunlaşdıqdan sonra tələblərə uyğun namizədlərlə seçim prosesinin növbəti mərhələsi üçün əlaqə saxlanılacaq.