Rusiya Avropa ilə böyük müharibəyə BELƏ HAZIRLAŞIR – Korotçenko

01.08.2025
-
22:44
|
|
“Oreşnik” raketi Avropanın Rusiya ilə müharibə hazırlığına cavabdır.
Bunu “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.
Hərbi ekspert qeyd edib ki, Qərb ölkələri Ukraynanı dəstəkləməyi və 2030-cu ilə qədər Rusiya ilə böyük müharibəyə tam səfərbər olmağı planlaşdırır.
Ekspertin fikrincə, o vaxta qədər Rusiya kifayət qədər “Oreşnik” sistemləri istehsal edəcək ki, bu da ona NATO-nun üstünlüyünü azaltmağa imkan verəcək.
Korotçenko “Oreşnik” sisteminin yaradılmasını Rusiyanın ölkə ətrafında yaranan hərbi-siyasi vəziyyətə reaksiyası adlandırıb../Globalinfo.az