Xankəndidə evdən kişi meyiti tapıldı

02.08.2025
-
10:41
|
|
Xankəndidə evdən Kəlbəcər sakininin meyiti aşkarlanıb.
Referans oxu.az-a istinadən xəbər verir ki, meyiti tapılan şəxsin Kəlbəcər rayon sakini, 1993-cü il təvəllüdlü Ş.Fərmanzadə olduğu bildirilir.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunublar.
Qeyd edək ki, meyiti tapılan 32 yaşlı Ş.Fərmanzadə Goranboyda yaşayırdı.