GÜCLÜ ZƏLZƏLƏLƏR DAVAM EDİR - DAHA BİR ÖLKƏ SİLKƏLƏNDİ

guclu-zelzeleler-davam-edir-daha-bir-olke-silkelendi-1754177489
|
|

Meksikanın cənubundakı Oaxaka ştatında 5,9 bal gücündə zəlzələ baş verib.



Referans xəbər verir ki, bu barədə ölkənin seysmoloji xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.



"5,9 bal gücündə zəlzələ. Yer: Oaxaka ştatının Tlakolula şəhərindən 13 kilometr şərqdə. Vaxt: 2 avqust 2025-ci il, saat 11:58. Dərinlik - 74 kilometr", - məlumatda deyilir.



İlkin məlumatlara görə, təbii fəlakət nəticəsində xəsarət alan olmayıb, dağıntı yoxdur.



Dövlət orqanları mümkün zərəri qiymətləndirir.