İstirahət mərkəzində dənizə girən şəxslərin paltarlarını oğurladılar - VİDEO

istirahet-merkezinde-denize-giren-sexslerin-paltarlarini-ogurladilar-video-1754210126
|
|

Mərdəkanda dənizə girən şəxslərin bütün əşyaları oğurlanıb.



Referans Musavat.com-a istinadla bildirir ki, hadisə “Marina Beach” istirahət mərkəzində baş verib.



Ödəniş edərək “besetka”da əyləşən gənclər dənizə girən zaman onlara məxsus telefonlar, paltarlar, pul kisələri naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb.



Maşınlarının açarı da oğurlandığı üçün gənclər məcbur qalıb avtomobilin şüşəsini sındırıblar.