Gədəbəydəki qəzanın təfərrüatları: İstirahətdən qayıdırlarmış – FOTOLAR/YENILƏNDİ

Gədəbəy rayonunun Şahdağ kəndində qeydə alınan ağır hadisənin qəzanın təfərrüatları bəlli olub.
Referans xəbər verir ki, hadisədə həyatını itirən və yaralanan şəxslər yaylaqdan istirahətdən qayıdırlarmış.
Yolda qəzaya düşən “KİA” markalı avtomobillə yanaşı “Niva” və daha bir avtomobil də olub. Sürücülər bir-birini ötüb kecməyə çalışıblar. Bu zaman “KİA” markalı maşın dərəyə aşıb.
Qəza zamanı 1973-cü il təvəllüdlü Asəf Tapdıqov, 1991-ci il təvəllüdlü Azadə Məmmədov hadisə yerində vəfat edib. Qəzada sürücü 1990-cı il təvəllüdlü Vüsal Məmmədov, sərnişinlər 4 yaşlı Renat Məmmədov və 5 yaşlı Amil Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Gədəbəy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətləri orta-ağırdır..globalinfo.az
***19:42
Gədəbəy rayonunda yol qəzasında ölən şəxslərin kimliyi məlum olub.
Referans-a reporta-a istinadən xəbər verir ki, “Kia” markalı avtomobilin aşması nəticəsində Azər Tapdıqov və Azadə Məmmədova hadisə yerində ölüblər.
Qəzada Vüsal Məmmədov və daha bir qadın müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Yaralıların vəziyyəti orta-ağırdır.
İlkin məlumata görə, avtomobil dərəyə aşıb. Faktla bağlı araşdırma başlanılıb.
***
Gədəbəy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Referans Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Şahdağ kəndində qeydə alınıb.
İlkin məlumata görə, hadisə zamanı iki nəfər ölüb.
Faktla bağlı araşdırma başlanılıb.