Xaçmazda meşə yanğını söndürüldü - YENİLƏNDİ

xacmazda-mese-yanir-1754238609
|
|

  Xaçmazda meşədə baş verən yanğın söndürülüb.

Referans xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

"Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən daha böyük əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 3 ha sahədə kol-kos yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub", - məlumatda qeyd edilir.  

***

  Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xaçmaz rayonu, Qımılqışlaq kəndində meşə zolağında yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən Referans-a erilən xəbərə görə, məlumat qəbul ediləndən dərhal sonra nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Yanğınsöndürmə işlərini sürətləndirmək və yanğının geniş əraziyə yayılmasının qarşısını almaq məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin şəxsi heyəti əraziyə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.