Aşan avtomobildə ölən Asəf ingilis dili müəllimi imiş – FOTOLAR

asan-avtomobilde-olen-asef-ingilis-dili-muellimi-imis-fotolar-1754290481
|
|

Dünən Gədəbəy rayonunun Şahdağ kəndində “Kia” markalı avtomobilin aşması nəticəsində həyatını itirən şəxslərdən biri müəllim imiş.

Referans“Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə nəticəsində ölən 52 yaşlı Asəf Tapdıqov rayonun Çiçəkli kənd orda məktəbinin ingilis dili

müəllimi olub.

Qəzada həyatını itirən 34 yaşlı Azadə Məmmədova isə həmin məktəbin riyaziyyat müəllimi olan Rüfət Məmmədovun həyat yoldaşıdır.

Qeyd edək ki, hadisə dünən axşam saatlarında baş verib. Şəmkir rayon sakini, 1990-cı il təvəllüdlü Vüsal Məmmədov idarə etdiyi “Kia” markalı

avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi dərəyə aşıb. Nəticədə 1991-ci il təvəllüdlü  Azadə Məmmədova və 1973-cü il

təvəllüdlü Asəf Tapdıqov hadisə yerində ölüb.

Avtomobildə olan digər 4 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti orta-ağır qiymətləndirilir.


Faktla bağlı araşdırma aparılır.



526201222 1305693574454134 4195400819104252287 n
528050555 1305693541120804 4955818806943480189 n
528603325 1305693404454151 6693382090210461212 n