ABŞ Rusiyanın xahişinə "yox" demədi - Xüsusi nümayəndə Moskvaya gedir

abs-rusiyanin-xahisine-yox-demedi-xususi-numayende-moskvaya-gedir-1754294385
|
|

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffun Rusiyaya səfəri 6-7 avqust tarixlərində baş tutacaq. Trampın Rusiyaya verdiyi


möhlətin bitməsinə az qalmış belə bir səfərin keçirilməsi diqqət çəkir. 


Bu səfər Rusiya ilə bağlı hansı dəyişikliklərə səbəb ola bilər və Moskva mövqeyindən geri çəkilə bilərmi?


Referans xəbər verir ki,Sfera.az-a açıqlama verən politoloq Oqtay Qasımov ABŞ Prezidenti Donald Trampın Rusiyaya verdiyi möhlətin sonunun


yaxınlaşdıqca tərəflər arasında diplomatik təmasların intensivləşməsinin gözlənildiyini deyib. 


Onun sözlərinə görə, bu həftənin 3-cü və ya 4-cü günü Trampın xüsusi nümayəndəsi Stiven Uitkofun Moskvaya səfəri də bu təmasların göstəricisidir:

 

“Məlumatlara görə, təşəbbüs Rusiyadan gəlib və Kreml Vaşinqtonla bir sıra məsələləri müzakirə etmək niyyətindədir. Baxmayaraq ki, bu görüşün

və möhlətin sona çatmasının Rusiya-Ukrayna müharibəsində köklü dəyişiklik yaradacağı ehtimal olunmur. Çünki hazırda Tramp ilə Rusiya

Təhlükəsizlik Şurasının katibi, sabiq prezident Dmitri Medvedev arasında söz dueli davam edir. Sosial şəbəkələr üzərindən qarşılıqlı sərt

açıqlamalar səslənir. Medvedevin emosional və qeyri-adekvat bəyanatları Tramp tərəfindən əsəblə qarşılanır, bu isə onun reaksiyalarından aydın

görünür”.

 

 

Politoloq qeyd edib ki, Uitkofun səfəri tərəflərin mövqelərinin qarşılıqlı çatdırılması baxımından mühüm əhəmiyyət daşıyacaq:

 

“Əgər Rusiya ABŞ-nin irəli sürdüyü şərtlərin heç olmasa bir hissəsini qəbul etməsə, ilkin mərhələdə ikinci dərəcəli sanksiyaların tətbiqi, sonrakı

mərhələdə isə daha sərt addımlar atılması mümkündür”.

 

Qasımov hazırda həm Avropa İttifaqının, həm də NATO ölkələrinin Trampı Rusiyaya münasibətdə daha qətiyyətli mövqe tutmağa təşviq etdiyini

əlavə edib. 

 

O bildirib ki, onlar ABŞ prezidentinin Ukrayna məsələsində yumşaq yanaşmasını sərt siyasətlə əvəz etməsini istəyirlər:

 

“Bu səbəbdən ötən günlərdə keçirilən NATO toplantısında və Şotlandiyada baş tutan Avropa İttifaqı rəhbərliyi ilə görüşdə də Avropa tərəfinin

müəyyən güzəştlərə getməsinin əsas səbəblərindən biri ABŞ-nin Avropadakı təhlükəsizlik zəmanətini geri çəkməməsi ilə yanaşı, həm də

Vaşinqtonun Rusiya-Ukrayna müharibəsində fəal iştirakını davam etdirməsi və Kiyevə dəstəyi gücləndirməsi ilə bağlıdır”.