Bu ölkələrdən Azərbaycana dəvə gətirmək QADAĞAN EDİLDİ

04.08.2025
-
12:59
|
|
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Şimali Makedoniyanın Cənub-Şərqi Statistik
regionunda, Xorvatiyanın Splitsko-Dalmatinska kantonunda blutanq xəstəliyi, Bolqarıstanın Yambol vilayətində Nyukasl xəstəliyi,
İspaniyanın Kastiliya-La Mança muxtar icmasında, Botsvananın Çobe dairəsində isə yüksək patogen quş qripi xəstəliyi qeydə
alınıb.
Referans xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Məlumata əsasən, respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi
nəzərə alınmaqla, bütün növ diri iri və xırdabuynuzlu heyvanların, dəvələrin, habelə onlara aid məhsulların, diri quş və quşçuluq
məhsullarının idxalı ilə bağlı ÜHST-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə uyğun olaraq, Qida Təhlükəsizliyi
Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq edilib.
Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub./Bakupost.az