Paşinyan Bakının tələbi ilə bağlı göstəriş verdi

Ermənistanda Konstitusiya dəyişiklikləri ilə bağlı işlər davam edir. Nikol Paşinyan hökuməti qapalı şəraitdə Konstitusiya
dəyişikliyi layihəsinin hazırlanması ilə məşğul olan qrup yaradıb.
Referans Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “Past” qəzeti məlumat yayıb.
Erməni nəşri yazıb ki, qrup tanınmış hüquqşünaslar və siyasi-ictimai xadimlərin daxil olduğu Konstitusiya İslahatları
Komissiyasına əlavə olaraq formalaşdırılıb:
Rusiya Azərbaycana qarşı yeni cəbhə açır – iki hədəf üçün hərəkətə keçdi
“Bir neçə həftə əvvəl ədliyyə naziri Srbuhi Qalyan bəyan etmişdi ki, Ermənistanda Konstitusiya dəyişiklikləri üzərində iş 2018-ci
ildən dərhal sonra başlayıb və bu prosesi hər hansı xarici amillə (Azərbaycanla) əlaqələndirmək düzgün deyil, bu, Ermənistanın
daxili məsələsidir.
Xatırladaq ki, Azərbaycan uzun müddətdir Ermənistandan Konstitusiyaya düzəlişlər tələb edir, Konstitusiyanın preambulasında
Azərbaycanın ərazi bütövlüyünü təhdid edən müddəaların (ərazi iddialarının) olduğunu qeyd edir. Ermənistan hakimiyyəti
Konstitusiya Məhkəməsi vasitəsilə bir qərar çıxarsa da, Azərbaycan Konstitusiyanın preambulasında Müstəqillik
Bəyannaməsinə istinadın saxlanmasının gələcəkdə problemlər yarada biləcəyini bəyan edərək, İrəvanın mövqeyi ilə qətiyyən
razılaşmır.
Konstitusiya Məhkəməsindəki mənbələrimizin verdiyi məlumata görə, Paşinyan vəkillərinə yeni layihədən Müstəqillik
Bəyannaməsini tamamilə çıxarmaq, eləcə də sülh sazişinin imzalanmasına xələl gətirməyəcək bir ifadənin daxil edilməsi
barədə göstəriş verib. Hakimiyyət nə qədər inandırmağa çalışsa da ki, düzəlişlərin bununla heç bir əlaqəsi yoxdur, fakt budur ki,
Ermənistanda Konstitusiya məhz Azərbaycanın tələbi ilə dəyişdirilir”.
“Past”ın iddiasına görə, Ermənistanda Konstitusiya dəyişikliyinə dair referendum 2026-cı ilin iyununda parlament seçkiləri ilə
eyni gündə keçiriləcək: “Rəsmilər yeni Konstitusiyanın həmin vaxta qədər hazır olacağını istisna etmirlər”.