İranda Müdafiə Şurası nə məqsədlə yaradılır? –AÇIQLAMA

İran İsam Respublikasında Müdafiə Şurası yaradılır. Məlumata görə, bu məqsədlə Ali Milli Təhlükəsizlik Şurasının strukturunda dəyişikliklər
ediləcək. Müdafiə Şurasına ölkə prezidentinin sədrlik edəcəyi, şuranın tərkibinə qanunverici və məhkəmə hakimiyyəti rəhbərlərinin, ordu
komandanlarının daxil olacağı bildirilir. Xəbərlərdə vurğulanır ki, şuranın qarşısında ölkənin müdafiə siyasəti sahəsində strateji vəzifələr duracaq,
şura xarici təhdidlərdən müdafiəyə cavabdeh olacaq, müdafiə planlarına, silahlı qüvvələrin imkanlarının gücləndirilməsinə diqqət yetirəcək.
Belə bir mühüm qurumun yaradılması hansı zərurətdən doğur?
Referans xəbər verir ki,Medianews.az-ın sualını cavablandıran politoq Xaqani Cəfərli bildirib ki, İran İsam Respublikasında Müdafiə Şurası
yaradılması ehtimal olunan hərbi müdaxilə qarşısında İranın müdafiəsini təmin etmək məqsədi daşıyır. Onun sözlərinə görə, Müdafiə Şurasında
dini rəhbərin təmsilçilərinin çoxluq təşkil etməsi müharibə dövründə prezidentlik institutunun güclənməsinin qarşısını almağa yönəlib: “Ancaq
İranın gələcəyini belə strukturların yaradılması deyil, proses müəyyən edəcək. Qənaətimcə, ABŞ, Böyük Britaniya, Albaniya, Avstriya, Belçika,
Kanada, Çexiya, Danimarka, Finlandiya, Fransa, Almaniya, Hollandiya, İspaniya və İsveçin birgə bəyanatla çıxış edərək İran kəşfiyyat xidmətlərini
sabitliyi pozmağa yönəlmiş düşmənçilik fəaliyyətində ittiham etməsi İrana qarşı koalisiyanın formalaşdığını göstərir. İsrail və ABŞ-ın İrana qarşı
hərbi əməliyyatlarının yarımçıq dayanması da məhz koalisiyanın mövcud olmamasının nəticəsi idi.
Almaniyanın kansleri Fridriks Merzin dediyi kimi, İsrailin bütün Qərbin əvəzinə İrana qarşı “çirkli işi” görməsindən sonra koalisiyanın yaranması
qaçılmaz olmağa başladı. Belə görünür ki, həmin koalisiyanın formalaşmasına başlanıb. İran çox böyük əhəmiyyətə malik coğrafiyada balans
müəyyən edən əsas dövlətlərdən biri, hətta birincisidir. Ona görə belə ölkənin gələcəyində maraqlı olan dövlətlər koalisiya yaratmadan həlledici
qərarlar verməz. Belə qənaət yaranır ki, proses İranın məntiqi sonluğuna doğru gedir. Bu prosesin qarşısını isə hansısa Müdafiə Şurası ilə almaq
mümkün deyil”