"Fənərbağça" bu axşam təkcə Keremi gətirməyəcək - SON DƏQİQƏ

fenerbagca-bu-axsam-tekce-keremi-getirmeyecek-son-deqiqe-1754303337
|
|

  "Fənərbağça" bu axşam Kerem Aktürkoğlunu Türkiyəyə gətirməyi planlaşdırır.

Referans  xəbər verir ki, "sarı-lacıvərdlilər" hazırda "Benfika" ilə danışıqları yekunlaşdırmaq üzrədir.

Kerem illik 4.5 milyon avro məvacibə "hə" deyib.

İstanbul nəhəngi ondan başqa daha bir transferi bu gün tamamlamağı planlaşdırır. Onlar Merih Demiralı da heyətinə cəlb etmək istəyir.

Türkiyə mediasının iddiasına görə bu gün əvvəlcə Kerem, daha sonra isə M. Demiral İstanbula gələcək.

27 yaşlı müdafiəçi "Fənərbağça"nın yetirməsidir. O, 2011-16-cı illər arasında klubun akademiyasında çıxış edib.