Bu şəxslər vəzifədən azad olundu

04.08.2025
-
15:54
|
|
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində (QSC) iki departament rəisi vəzifəsindən azad edilib.
Referans Qaynarinfo-ya istinadən xəbər verir ki, QSC-nin Maliyyə departamentinin Asəf İsgəndərli və Təchizat Departamentinin
rəisi Tərlan Həsənli işdən çıxarılıblar.
Onlar naməlum səbəblərdən “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanovun müvafiq əmri ilə vəzifələrindən azad ediliblər.
Qeyd edək ki, müxtəlif dövlət və özəl qurumlarda çalışmış Asəf İsgəndərli və Tərlan Həsənli bu ilin martında sözügedən vəzifəyə
təyin olunmuşdular.